Çində istehsal olan "Volkswagen" modelinin bu krossoverləri yenilənib - FOTO

Nəqliyyat xəbərləri 26 Aprel 2021 | 15:40
OXUNUB: 720

İri ölçülü Volkswagen Teramont krossoveri iki ölkədə - ABŞ və Çində istehsal olunur.

Eyni zamanda, Amerika və Çin avtomobilləri özünəməxsus xüsusiyyətlərə (əsasən - texniki) malikdirlər. İndi isə onların aralarındakı fərq daha da artıb! Amerikan Atlas/Teramont modeli cüzi olsa da bir il əvvəl yenilənib. İndi isə növbə Çində satılan Teramont modelinə gəlib çatıb. Bu dəfə mühəndislər daha ciddi yeniliklər ediblər.

Zahiri cəhətdən belə Çin krossoveri fərqli görünür. Teramont modelinin fənərlərinin ikimərtəbəli dizaynını qorumasına baxmayaraq, yenə də krossover dəyişdirilmiş ön tərəfə malik olub. Xatırladaq ki, amerikan Atlas modeli daha nazik işıq texnikasını əldə edib. Bundan başqa, krossoverin bahalı versiyalarında işıqlanan emblem və radiator barmaqlığının mərkəzi zolağı tətbiq edilir. Arxa fənərlər isə, artıq iri qırmızı zolaq ilə birləşdiriliblər: belə həll yolu indi Asiyanın avtomobil sənayesində son dərəcə populyardır. Yenilənmiş krossoverin təchizatına 17 - 21 düymlük təkər diskləri daxildir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man