“Apple” avtomobilinin təqdimat tarixi MƏLUM OLDU - FOTO

Nəqliyyat xəbərləri 26 Aprel 2021 | 09:53
OXUNUB: 1013

“Apple” şirkətinin avtomobil layihəsi yarım ildən sonra açıqlanacaq.

Avtosfer.az bildirir ki, bu barədə “Wedbush” şirkətinin analitiki Deniel Ayvs “CNBC” telekanalına müsahibədə bildirib.

Mütəxəssisin sözlərinə görə, ilk “Apple” avtomobili 2024-cü ildən tez buraxılmayacaq – şirkətə istehsalı sıfırdan qurmaq üçün vaxt lazımdır. Lakin Tim Kukun rəhbərlik etdiyi korporasiya “Apple Car” üçün əsası qoymaq məqsədilə layihə haqqında informasiyanı ictimailəşdirmək məcburiyyətində qalacaq.

Analitikin fikrincə, “Apple” yayda sürücüsüz elektromobil layihəsinin təqdimatını keçirərək avtomobil bazarına daxil olmasını bəyan edəcək. “Apple Car” avtomobilinin anonsu yaxın üç-altı ay ərzində olacaq.

Məxfi məlumatları mənbələrdən əldə edən analitik hesab edir ki, şirkət avtomobil istehsalı üçün tərəfdaşları ən qısa zamanda müəyyənləşdirməlidir. D.Ayvsın sözlərinə görə, hazırda korporasiyanın rəhbərliyi digər şirkətlərlə danışıqlar aparır.

“Apple” 2021-ci ilin yayında minimum bir açıq tədbir – ənənəvi “WWDC” konfransını keçirəcək. Konfransda şirkət adətən smartfon, kompüter və digər qurğular üçün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edir, gələcək planlarını bölüşür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man