Toyotanın yeni modeli sınaqlara başlayıb - VİDEO

Nəqliyyat xəbərləri 23 Aprel 2021 | 14:29
OXUNUB: 1310

Toyota şirkəti hidrogenlə işləyən daxili yanma mühərrikinin sınaqlarına başladığını elan edib.

Mühərriki təcrübədən keçirmək üçün, onu Yaponiyanın Super Taikyu Series 2021 Powered by Hankook dözümlülük yarışlarında çıxış edən Corolla Sport sedanına quraşdıracaqlar. Maraqlıdır ki, söhbət Toyota Mirai sedanında quraşdşrılan hidrogen yanacaq elementləri ilə çalışan güc qurğusundan deyil, adi porşenli daxili yanma mühərrikindən gedir.

Bu aqreqat, uyğunlaşdırılmış yanacaq xəttinə və benzin əvəzinə sıxılmış hidrogendən istifadə edən püskürtmə sisteminə malik olan 1,6-litrlik üçsilindrli turbomühərrikdir. Belə daxili yanma mühərrikinin işləmə prinsipi adi mühərriklə eynidır. Bununla birlikdə, onun karbon dioksidi tullantıları sıfıra yaxındır - mövcud olan tullantı isə, yalnız az miqdarda mühərrik yağının yanmasından yaranır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man