Bakıda nəqliyyatın hərəkətinə daha bir küçədə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Cavanşir körpüsündən düşən kimi - Üzeyir Hacıbəyli küçəsində sağ zolaq yalnız Keykab Səfərəliyeva küçəsinə dönənlər üçün nəzərdə tutulsa da, indi həm də həmin zolaqda düzünə hərəkətə icazə verilir. Əvvəl isə həmin zolaqdan yalnız sağa - svetoforun əlavə bölməsində daimi hərəkətə üstünlük verilirdi. Lakin ərazidə sıxlıq yarandığı üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi hərəkətin təşkilində dəyişiklik edib. Artıq svetoforun əlavə bölməsi götürülüb, asfalt üzərində isə düzünə və sağa nişanlanma xətti çəkilib.
Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə diqqətli olsunlar, svetoforun əlavə seksiyası olmadığı üçün sağa dönənlər cərimə ediləcək. Düzünə gedənlər isə artıq cərimə olunamayacaq.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man