Geely yeni modelini təqdim edib - FOTO

Nəqliyyat xəbərləri 01 Aprel 2021 | 20:17
OXUNUB: 667

Çin Geely holdinqinin kolleksiyasında daha bir marka peyda olub. Bu, elektromobillər üçün nəzərdə tutulmuş dördüncü markadır. Hazırda Çin holdinqinin portfelinə nisbətən sadə və sərfəli modellər üçün Maple, korporativ parklar üçün eyni avtomobillərə sahib olan yenidən doğulmuş Lifan və orta qiymətli elektrokarlar üçün Geometry markaları daxildir. Yeni Zeekr markası isə premium seqmentin ən bahalı modelləri (əlbəttə ki, Çin standartlarına görə) üçün nəzərdə tutulub.

Markanın adı özü belə rebusdur. İlk iki hərf Zero Emission ("sıfır emissiya") sözlərindən alınır, üçüncü hərfdə isə  Electric-Evolution-Era mesajı şifrələnir, "kr" sonluğu isə, rəngsiz, dadsız və qoxusuz nəcib qaz olan kriptona işərədir ki, bu ad da yunan dilindən “gizlədilmiş" və ya "gizli" kimi tərcümə olunur. Artıq ayrıca Zeekr Smart Technology Co., bölməsi yaradılıb və sadə Zeekr 001 adı verilmiş ilk seriya modeli təqdim olunub.

Bu, keçən ilki Lynk & Co Zero konsept avtomobilinin seriya versiyasıdır və avtomobil demək olar ki, dəyişməyib. Lynk & Co modellərinin xarakterik dizaynı qorunub saxlanılıb, hətta çıxan tutacaqlı çərçivəsiz qapılar da yerindədirlər. 4950 millimetrlik uzunluğa və 2999 millimetrlik təkər bazasına sahib liftbek cəlbedici nisbətlərə malikdir.

Hətta avtomobilin interyeri də kiçik dekor səviyyəsində dəyişdirilib. Zeekr 001 modeli 8,8-düymlük cihazlar panelinə, mediasistemin 15,4-düymlük displeyinə və proyeksiya ekranına sahibdir. Salonda demək olar ki, heç bir düymə qalmayıb – hətta sükan qollarında belə sensorlar yerləşdirilib.

Texniki hissə haqqında məlumat hələ də çox azdır. Avtomobilin əsasını Geely tərəfindən hazırlanmış yeni SEA (Sustainable Experience Architecture) elektromobil platforması təşkil edir. Yalnız, elektrik liftbekinin dörd saniyədən az müddətə 100 km/saat həddinə sürətlənəcəyi və köhnə NEDC dövrünə əsasən 700 kilometr məsafə qət edəcəyi bildirilir. Bundan əlavə, klirensi 150 ilə 220 millimetr arasında dəyişdirə bilən pnevmatik asqı vəd olunur.

Zeekr 001 modeli aprel ayının ortasında Şanxayda keçiriləcək avtosalonunda təqdim ediləcəkdir. Elektromobilin istehsalına üçüncü rübdə başlanmalıdır. Geely gələcəkdə bazara hər il yeni bir Zeekr modelini çıxaracağını bildirib. Əgər bu 1 aprel zarafatı deyilsə…/autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man