Elektromobillərin batareyaları dəniz enerjisi ilə doldurulacaq

Nəqliyyat xəbərləri 30 Mart 2021 | 08:37
OXUNUB: 707

Şotlandiyanın Yell adasında elektrokarların akkumulyator batareyalarının dəniz gərilmələrindən yaranan enerji ilə doldurulduğu stansiya açılıb. Yell və Anst adaları arasında yerləşən doldurma stansiyası dörd turbinli "Nova Innovation Shetland Tidal Array" qurğusundan qidalanır. Avtostansiyanın yaxınlığında akkumulyatorların saxlanması məntəqəsi də təşkil olunub.

"Nova Innovation" şirkəti qeyd olunan stansiyanın dəniz gərilmələrindən əmələ gələn enerji ilə işləyən ilk stansiya olduğunu bəyan edib. Həmin doldurma məntəqəsinin yaradılmasına Şotlandiyanın Nəqliyyat İdarəsi vəsait ayırıb.

Stansiya hökumətin ölkədə daxili yanma mühərriki ilə işləyən avtomobillərin sayının ixtisara salınması proqramı çərçivəsində yaradılıb.

Bir qədər əvvəl Almaniyada bütün yanacaqdoldurma stansiyalarının elektrokarların batareyalarının doldurulması üçün qurğularla təmin olunacağı bildirilmişdi. Bunun Almaniya hökumətinin iqtisadiyyatın bərpası proqramı çərçivəsində həyata keçiriləcəyi deyilirdi. Layihəyə 130 milyard avro ($146,26 milyard) vəsait ayrılacaq. Beləliklə, Almaniya avtomobil həvəskarlarının elektrokarların harada doldurulması ilə bağlı narahatlıqları və elektromobillərə tələbatın artımını ləngidən səbəb aradan qaldırılacaq. (Sputnik)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man