Toyota Aygo modelinin şəkilləri yayılıb - FOTO

Nəqliyyat xəbərləri 19 Mart 2021 | 23:58
OXUNUB: 1906

Toyota şirkəti yeni Aygo modelinin müjdəçisi olan Aygo X prologue konseptinin eksteryer şəkillərini yayımlayıb. Artırılmış klirens və iri təkər diskləri sayəsində prototip subkompakt krossoverə bənzəyir.

Toyota Aygo X prologue tamamilə yeni dizayna malik olub. Hetçbekin ön hissəsində, mühəndislər, seqmentləri kapota keçən vahid element şəklində hazırlanmış orijinal LED fənərləri yerləşdiriblər. Prototipin arxa hissəsində, Volvo C30 modelini xatırladan şaquli fənərlərlə əhatə olunmuş genişləndirilmiş şüşə quraşdırılıb. Toyota Aygo X prologue konsepti iki rəngli kuzova malikdir. Beləliklə, alıcılar hetçbekin xarici görünüşünü fərdiləşdirə biləcəklər.

Beşqapılı Aygo X prologue konseptinin əsas xüsusiyyəti artırılmış klirensi və iri təkər diskləridir. Bunun sayəsində A sinifinə aid olan hetçbek yığcam krossoverə bənzəyir. Avtomobil altıbucaqlı duman işıqlarının yerləşdirildiyi iri radiator barmaqlığına malikdir. Bundan əlavə, prototip geri çəkilə bilən velosiped rəfi və yan güzgülərə quraşdırılmış hərəkət kameraları ilə təchiz edilib. Lakin bu funksionallığın modelin seriya versiyasında tətbiq ediləcəyi hələlik məlum deyil.

Toyota Aygo modelinin interyerini, eləcə də yeni hetçbekin texniki xüsusiyyətlərini açıqlamayıb. Yeni Aygo hetçbekinin hazırda yapon markasının ən yığcam avtomobillərinin - Yaris və onun Cross versiyasının yığıldığı TNGA-B modul platformasında inşa ediləcəyi məlumdur. Toyota Aygo modelinin seriya variantının 2021-ci ilin sonuna qədər debüt edəcəyi gözlənilir.

Mart ayının əvvəlində Toyota şirkəti yeni şəhər avtomobilini hazırladığını təsdiqləyib. Yeni model Aygo hetçbekinin varisi adlandırılmışdı. Yapon markasının nümayəndələri daha sonra yeni modelin yalnız Avropa bazarında satılacağını elan etmişdilər./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man