Opel yeni elektrokarı haqqında məlumat verib

Nəqliyyat xəbərləri 16 Mart 2021 | 19:45
OXUNUB: 1415

Opel markası yeni elektromobili haqqında danışıb. Üstəlik, bu bir seriya modeli deyil, 1970-ci ilin Manta kupesinin restomoddur. İstehsalçı layihənin təfərrüatlarını açıqlamasa da, konseptin yeni Opel Crossland və Mokka modellərinin üslubunda tərtib ediləcəyi məlumdur.

Restomodun rəsmi adı Opel Manta GSe ElektroMOD-dur. Bu ad həm 1971-ci ildə Almaniyanın Hokkenheymrinqdə bir neçə dünya sürət rekorduna imza atan eksperimetal Elektro GT elektomobilinə və həm də iki ingilis sözünə işarə edir: modern - müasir və modification - modifikasiya. Təsvirlərə görə, donor Manta dərin transformasiyaya məruz qalacaq və yeni elektrik güc qurğusuna əlavə olaraq "tam rəqəmsal kokpiti" alacaqdır.

Manta elektrokarının xarici görünüşünün əsas elementi Vizor paneli olacaqdır - artıq bu paneldən yeni Mokka krossoverində istifadə olunur. 2018-ci ildə təqdim olunan "qalxan" şəffaf panellərin altında LED fənərləri, markanın loqotipini və təhlükəsizlik sistemlərinin sensorlarını birləşdirir. Restomoddakı panel orijinal Manta modelinin ön tərəfinin dizaynına əsaslanır.

Elektrik Manta restomodu Manta A-nın ilk versiyasına əsaslanacaqdır. Bu model 1975-ci ilə qədər istehsal edilmiş və həqiqi bir bestseller olmuşdur: beş buraxılış ili ərzində 498 553 avtomobil istehsal edilmişdir.

Restomodun hansı güc qurğusunu alacağı hələlik məlum deyil, ancaq elektrokar 60-105 at qüvvəli 1,2-1,9 litrlik mühərriklərlə təchiz edilmiş orijinal avtomobildən daha güclü olacaqdır. Məsələn, restomodu Mokka-e modelindən götürülmüş 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 50 kilovat-saatlıq batareya ilə təchiz edə bilərlər.

Şirkət Opel Manta GSe ElektroMOD kupesini minik avtomobillərinin və yüngül kommersiya nəqliyyat vasitələrinin elektrikləşdirilməsi strategiyasının tərkib hissəsi adlandırır. Bu proses 2024-cü ilə qədər tamamlanacaqdır. Bu günə  Opel model xəttində Grandland X hibridi, Mokka-e, Corsa-e, Zafira-e Life, Combo-e və Vivaro-e elektromobilləri mövcuddur./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man