Azərbaycan avtomobil benzininin istehsalını 35% azaldıb - CƏDVƏL

Nəqliyyat xəbərləri 16 Mart 2021 | 14:40
OXUNUB: 1485

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 mln. manat olub ki, bu da illik müqayisədə 17,9% azadır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövrü neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73%, neft koksunun istehsalı 5,8% artıb, sürtkü yağlarının istehsalı 1,9%, dizel yanacağının istehsalı 4,2%, neft bitumunun istehsalı 22,8%, ağ neftin istehsalı 34,8%, avtomobil benzininin istehsalı 35,3%, yanacaq mazutunun istehsalı 79,4% azalıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 322,6 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azalıb.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man