Bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq - VİDEO

Nəqliyyat xəbərləri 12 Mart 2021 | 12:15
OXUNUB: 1734

Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır. Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq.

Ekspertlər isə güzəştlərin hərtərfəli nəzərə alınmalı olduğunu bildirirlər. Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından əlçatan olmaya bilər.

Güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.

Ekspertlər də ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını və bu səbəbdən ilkin olaraq bu avtomobillərə güzəştlər tətbiq edilməli olduğunu bildirir.

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı məsələlər "Yol hərəkətinin təhlükəsizliyinə dair" 2019-2023-cu illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqmaətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man