Avtomobil təmiri zamanı usta ilə müqavilə bağlanılmalıdır - VİDEO

Nəqliyyat xəbərləri 07 Mart 2021 | 20:33
OXUNUB: 2060

Qəbələ rayonunda təmir sexinə gətirilən avtomobil elə ordaca yanıb. Avtomobillə bərabər maşın təmiri sexi də yanaraq yararsız hala düşüb.

Bu hadisə təmirə aparılan avtomobillərin və həmin sexlərin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Sürücülər bildirir ki, avtomobillərini təmirə aparan zaman baş verə biləcək mümkün təhlükəyə görə ustalarla heç bir müqavilə bağlamırlar.

Maşın təmiri ilə məşğul olan ustalar isə  bildirir ki, avtomobilləri təmir edən zaman maşındakı problemə görə öncədən öz tədbirlərini görürürlər.
Siğorta ekspertləri isə belə vəziyyətlərdə sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün bəri başdan müqavilə bağlanmasının vacib olduğunu bildirirlər.

Xatırladaq ki, dünən Qəbələ rayonunda avtomobil sexinə gətirilən maşının yanması nəticəsində  sexin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə və içərisində olan minik avtomobili yanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man