Yeni Toyota Land Cruiser modelinin debütü təxirə salına bilər

Nəqliyyat xəbərləri 03 Mart 2021 | 20:39
OXUNUB: 1124

Növbəti nəsil Toyota Land Cruiser ofrouderinin təqdimatı ətrafında cərəyan edən ajiotaj yeni qüvvə ilə alovlanıb. Bu dəfə, BestCarWeb nəşri yeni ofrouderin debütünün komponent çatışmazlığı səbəbindən bir ay təxirə salındığını öyrənib.

İnsayderlərin bildirdiyinə görə, tədarükçülər bəzi detalların göndərilməsini gecikdirir və bu səbəbdən də Toyota sifarişlərin qəbul edilməsini aprel-may ayına, satışları - iyul ayına, çatdırılmaları isə yayın sonuna kimi təxirə salmaq məcburiyyətində qalıb.

Problemin yeni Land Cruiser üçün nəzərdə tutulmuş çiplərin və digər elektron komponentlərin tədarükündəki gecikmələr ilə əlaqəli olduğu bildirilir.

 Üstəlik, gecikmə daha böyük miqyaslı ola bilər və bu halda ofrouderin Yaponiya bazarına çıxarılması bir deyil, üç ay təxirə salınacaqdır. Bununla belə, BestCarWeb nəşrinə görə, ofrouderin cari nəsli artıq konveyer xəttindən çıxarılıb, lakin dilerlərin anbarlardakı ehtiyatlar hələlik tükənməyib./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man