Toyota şirkəti yeni elektrokarların debüt tarixini açıqlayıb

Nəqliyyat xəbərləri 12 Fevral 2021 | 22:30
OXUNUB: 1037

Toyota şirkəti iki yeni elektromobilinin debüt tarixini açıqlayıb – hər iki model 2021-ci il ərzində işıq üzü görəcək, Şimali Amerika və Avropa bazarlarında satılacaqdırlar. Bu modellərdən biri elektrik krossoveri olacaqdır. İkinci model barədə məlumat verilməyib.

Elektrik krossoverinin əsasını e-TNGA modeul platforması təşkil edəcəkdir. E-TNGA modul platforması çoxqollu arxa asqının mövcudluğunu nəzərdə tutur və dartma batareyasının döşəmədə yerləşdirilməsini təmin etmək üçün, orijinal TNGA arxitekturası ilə müqayisədə ciddi şəkildə dəyişdirilmiş və möhkəmləndirilmişdir.

Yeni krossover güc aqreqatını Subaru Evoltis modeli ilə bölüşəcəkdir – ilkin məlumatlara görə, elektrik qurğusunun gücü 290 at qüvvəsi olacaqdır. Bəyan edilmiş yürüş ehtiyatı 500 kilometr səviyyəsindədir. Batareyanın sıfırdan 100 faizə qədər doldurulmasına 10 dəqiqə vaxt gərək olacaqdır.

Daha sonra e-TNGA platformasında inşa ediləcək elektromobillər sırasına sedan, miniven və iri ölçülü krossover, həmçinin Suzuki ilə birlikdə yaradılan yığcam model daxil ediləcəkdir./autoqraph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man