"Volkswagen" Microsoft ilə əməkdaşlığa başlayır

Nəqliyyat xəbərləri 12 Fevral 2021 | 14:30
OXUNUB: 726

Volkswagen şirkəti Microsoft ilə ortaq nəqliyyat vasitələri üzərində işləyəcək. Microsoft özünü idarə edən texnologiyaların inkişafını sürətləndirmək üçün VW Qrupuna bulud texnologiyası təqdim edəcək.

Microsoft artıq bir neçə ildir,  avtomobillər üçün bulud hesablama vasitələri üzərində işləyir. Bununla yanaşı, texnologiya nəhəngi Volkswagen ilə əməkdaşlıq çərçivəsində bunu avtonom sürücülük halına gətirmək istəyir. Əsas məqsəd isə sistemlərdəki təcrübələri Microsoft-un Azure bulud kompüterləri ilə birləşdirərək Volkswagen-in Avtomatik İdarəetmə Platforması (ADP) adlı texnologiyasını yaratmaqdır.

Bu məqsədlə şirkət hələ keçən ildən  avtomobilləri Car.Software vahidi ilə birləşdirmək üçün öz VW.OS əməliyyat sistemini inkişaf etdirib. 

Əməkdaşlıq barədə yaxın günlərdə daha ətraflı məlumat veriləcəyi gözlənilir. (ted.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man