Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO

Nəqliyyat xəbərləri 11 Yanvar 2021 | 15:45
OXUNUB: 708

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.

Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, ikinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid olub. Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn körpəni rayon rəsmiləri, sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.

Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci ilin 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt ayrılıb.

Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə həyatdan köçüb. Hər iki valideyinini itirən Elçin hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. Bir oğlu dünyaya gəldikdən sonra yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. Piyadaların döyüş maşınında (PDM) – də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub.

Sentyabrın 30-da isə ailəsinə şəhid xəbəri çatıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man