Azərbaycan ordusunun sıralarında düşməni məğlub edərək torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıqları ilə seçilən Həsənli İlkin Afət oğlu 1994-cü ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.
Uşaq yaşlarından hərbiyə marağı olan İlkin 2012-ci ildə Azərbaycan Dəniz Akademiyasına qəbul olub.
Akademiyanı bitirdikdən sonra vətənə xidmət etmək üçün Milli Ordu sıralarına yazılır. 2018-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kurs keçdikdən sonra leytenant, taqım komandiri vəzifəsində xidmətinə başlayır.
Müharibə başlayana qədər İlkin Həsənli Füzulidə, “N” saylı hərbi hissədə xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda isə ön cəbhəyə yollanıb.
Qəhrəmanlığına və döyüşlərdə göstərdiyi şücaətə görə baş leytenant İlkin Həsənliyə artilleriya batareyası komandiri vəzifəsi verilib.
Onun komandiri olduğu batareya Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənə qan uddurub.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, İlkin Həsənli “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Hazırda xidmətini davam etdirir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man