Rüstəm Muradov Ermənistan xüsusi xidmətinin rəhbərini Bakıya gətirir - ŞOK

Nəqliyyat xəbərləri 06 Yanvar 2021 | 23:25
OXUNUB: 1909

Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Mediaport" teleqram-kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Erməni tərəfi qeyd edir ki, təhlükəsizlik problemlərinin olduğundan Muradovdan 9, 10 və ya 11 yanvar tarixləri üçün Abazyana təyyarə verməsini xahiş ediblər.

"Rusiya tərəfi bu xahişi rədd etməsə də, səfərlə əlaqədar konkret bir tarixin niyə təyin olunmaması barədə izah tələb edib. Buna cavab olaraq, Ermənistan hökuməti rəsmi Bakının səfərin tarixini hələ dəqiqləşdirmədiyini bildirib", - "news.am" yazır.

Qeyd edək ki, ilk dəfə Abazyanın Bakıya gizli gələcəyi xəbərini keçmiş səfir Mikael Minasyan yaymışdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man