Erməniləri Xudavəngə buraxmadılar - VİDEO

Nəqliyyat xəbərləri 06 Yanvar 2021 | 16:13
OXUNUB: 1619

Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrına ermənilər buraxılmayıb.

Bu barədə öz “Facebook” səhifəsində yazan Ermənistan vətəndaşı Yevgeniya Yengibaryan baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırıb.

“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəmlə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik.

Biz 40 nəfər olsaq da, ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, Ermənistan tərəfi Azərbaycan tərəfi ilə yalnız 30 ziyarətçini razılaşdırıb.

Nəticədə, üçüncü avtobusdan hamını düşürüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışasan və dəli olmayasan – məsələ budur”, - deyə Yengibaryan  qeyd edib.

Erməni qadın həmçinin bildirib ki, problem Ermənistan tərəfi ilə bağlıdır:

“Bizi müşayiət edən rusiyalı sülhməramlılar bildirdilər ki, Ermənistan rəhbərliyi siyahıya yalnız 30 nəfər ziyarətçinin adını daxil edib. Əgər bütün ziyarətçilərin adı siyahıya daxil edilsəydi, o zaman hamını içəri buraxardılar”, - deyə o əlavə edib.

Daha ətrafkı Baku TV-nin videomaterialında:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man