Müharibədən qayıdan Tofiq Musayev: “Mən sözlə yox, əməllə göstərirəm” - FOTO

Nəqliyyat xəbərləri 05 Yanvar 2021 | 19:32
OXUNUB: 930

“30 illik həsrətimiz başa çatdı. Sevinirik ki, Ali Baş Komandanın sayəsində qələbə qazandıq”.

Bu fikirləri Vətən müharibəsində iştirak etmiş MMA döyüşçüsü Tofiq Musayev deyib.

31 yaşlı idmançı müharibə başlayan gündən döyüşə yollanmaq istədiyini bildirib: “Artıq sentyabrın 28-də iştirak üçün müraciət etmişəm. Bu torpağın suyunu içib, çörəyini yeyirəmsə, özümə borc bilib getmişəm və Vətən qarşısında borcumu layiqincə yerinə yetirməyə çalışmışam. Titula, idmançı olmağıma və digər məsələlərə baxmamışam. Azərbaycan vətəndaşı kimi borcumu yerinə yetirməyə çalışmışam”.

Musayev əsasən Zəngilan istiqamətində xidmət etdiyini diqqətə çatdırıb.

Əvvəllər bir çox məşhur idmançı müharibə olarsa, canla-başla iştirak edəcəklərini bildirib. Lakin məqamı yetişdikdə onlardan savaşa qatılanlardan ən məşhuru elə Musayev olub.

MMA döyüşçüsü buna belə reaksiya verib: “Mən sözlə yox, əməllə göstərirəm. Hamı əlini vicdanının üzərinə qoysun”.

Müharibədən qayıdan Tofiq Musayev: Mən sözlə yox, əməllə göstərirəm

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man