Şəhid pilot Xalid Gözəlovun25 yaşı tamam olur - FOTO

Nəqliyyat xəbərləri 04 Yanvar 2021 | 23:00
OXUNUB: 3148

Bu gün şəhid baş leytenant Xalid Gözəlovun doğum günüdür.

Avtosfer.az xəbər verir ki, Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Biləsuvar rayonundan olan Gözəlov Xalid Həsən oğludur.

Mərhum 4 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhərində Ş. Qurbanov adına tam orta məktəbin 1-ci sinfinə getsə də məktəbi doğulduğu kəndin orta məktəbində bitirib. 2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.

2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.

Şəhid Xalid Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.

Şəhidimiz nişanlı idi.

Allah rəhmət eləsin!

Xalid Gözəlov — Vikipediya

qirici Instagram posts - Gramho.com

Azərbaycan səmalarının şahini Şəhid Xalid Gözəlov - FOTOLAR

Xalid Gozelov mp3 mp4 flv webm m4a hd video indir

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man