Rusiyalı xilasedicilər Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər

Nəqliyyat xəbərləri 04 Yanvar 2021 | 17:43
OXUNUB: 1134

Bildiyim qədəri ilə Rusiyanın Noginsk xilasetmə mərkəzinin əməkdaşları Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər.

Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Yevgeni Borisov deyib.

Onun sözlərinə görə, humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda fəaliyyət göstərəcək: "20 nəfərdən ibarət heyət "Lider" mərkəzinin pirotexniklərindən və Noginsk xilasetmə mərkəzinin əməkdaşlarından təşkil edilib. Bundan başqa, Rusiya FHN tərəfindən 3 ədəd robot avadanlığı texnikası gətirilib".

Bildirilib ki, Azərbaycana gələn bütün heyət COVID-19 infeksiyasına qarşı testdən keçirilib.

Qeyd edək ki, sabahdan rusiyalı mütəxəssislər ilk olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man