Şəhid atası: Vətən darda olduğundan oğlum evdə otura bilməzdi - VİDEO

Nəqliyyat xəbərləri 03 Yanvar 2021 | 23:35
OXUNUB: 1613

Qəlbi vətən həsrəti ilə alışıb-yanan nur üzlü şəhidimiz Teymur Osmanlı... 25 yaşlı igidimiz hər addımında, sosial şəbəkələrdə etdiyi hər paylaşımda vətənpərvərliyə səsləyirdi. Cəbhəyə böyük sevinclə yollanmışdı qəhrəmanımız. Qardaşı ilə danışarkən qurduğu cümlə də bunun bariz sübutu idi.

Teymur Osmanlı İsmayıllının Cülyan kəndində böyümüşdü.

Suqovuşan isə onu şəhadətə qovuşdurdu. Xüsusi təyinatlı əsgər kimi döyüşlərə qatılan Teymur 2018-ci ildə hərbi xidməti başa vursa da, Vətən müharibəsi başlayan kimi yenidən ön cəbhəyə yollanıb.

Atası deyir ki, onun vətənpərvər oğlu vətəni darda olduğundan evdə otura bilməzdi. Getdi və iki ümdə arzusunu reallaşdırdı.

Qəhrəmanımız bu arzusuna çoxdan hazır idi. Qardaşının dediyi kimi, Aprel döyüşləri ilə bağlı məlumatları dönə-dönə oxuyaraq, görüntüləri izləyərək, müqəddəs saydığı torpağı uğrunda şəhid olmağa hazırlanırmış. Bircə nigarançılığı vardı- geridə qoyduğu ailəsi...

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man