Şəhid Şahin Allahyarovunadını yaşadacaq yeni doğulmuş körpəsi xəstəxanadan evə buraxılıb - FOTO

Nəqliyyat xəbərləri 01 Yanvar 2021 | 10:44
OXUNUB: 1373

Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun yeni doğulan oğul övladı Qusar Rayon Mərkəzi Xəstəxanasından evə buraxılıb.

Avtosfer.az-ın verdiyi məlumata görə, ailəsi Şahinin vəsiyyətinə uyğun olaraq körpəyə qəhrəman döyüşçünün adını verib.

Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşı Kəmalə Allahyarovaya müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır. Qızı Aksananın iki yaşı var.

Körpənin xəstəxanadan çıxarılması münasibətilə Allahyarovlar ailəsini xəstəxananın kollektivi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi təbrik edib, atasının adını daşıyan körpə Şahin üçün hədiyyələr təqdim olunub.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man