Ermənilərə Şurnux kəndini boşaltmaq üçün bir gün vaxt verildi - VİDEO

Nəqliyyat xəbərləri 30 Dekabr 2020 | 13:21
OXUNUB: 1054

“Azərbaycanlılar ermənilərə Zəngəzurun Şurnux kəndinin yarısını boşaltmağa bir gün vaxt veriblər”.

Bunu Gorus meriyasının sədr müavini Menua Ovsepyan açıqlamasında bildirib. 

O deyib ki, azərbaycanlılar ərazilərin sabah səhərə qədər azad olunmasını tələb ediblər:

“Onlar sakinlərə və kənd başçısına deyiblər ki, 10 gün əvvəl bu barədə Ermənistan rəhbərliyinə məlumat veriblər”. 

M.Ovsepyan həmçinin qeyd edib ki, Şurnux sakinləri hökumətə etiraz olaraq kənddən keçən yolu bağlayıblar:

“Bu avtomobil yolu da Azərbaycana keçib. Əhali bu barədə kimə məlumat verildiyini, kimin xəbərdar olduğunu anlamaq istəyir. Söhbət 12 evdən və ona bitişik torpaq sahələrindən gedir. Bu, böyük ərazidir”.

Sədr müavini vurğulayıb ki, Baş nazir Nikol Paşinyandan indiyə qədər qaneedici bir söz eşitməyib. Onun sözlərinə görə, baş nazir artıq vəziyyətə nəzarət etmir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man