Qalib Ordunundöyüşçüsü olmaq bizim üçün fəxrdir - FOTO

Nəqliyyat xəbərləri 30 Dekabr 2020 | 09:18
OXUNUB: 619

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Avtosfer.az bildirir ki, AZƏRTAC-ın müxbiri işğaldan azad edilən ərazilərdə olarkən Vətənimizin keşiyini çəkən hərbi qulluqçularımızla görüşüb, onların təəssüratlarını qeydə alıb.

İstiqamətimiz düşməndən azad olunan Füzuli rayonunadır. Yolumuz Alxanlı kəndindən başladı. Şanlı ordumuzun qarış-qarış azad etdiyi ərazilərdən keçirik, hərbçilərimizin dəqiq atəşi ilə düşmənin məhv edilmiş hərbi texnikaları ətrafa səpələnib. Bu mənzərəni gördükdə böyük qürur duyuruq.

Bu torpaqlar 27 ildir ki, erməni vandalizminə məruz qalıb, yurd yerlərimiz dağıdılıb, talan edilib...

Ermənilər tərəfindən illərdir qurulan müdafiə sədləri ilə rastlaşırıq, hansı ki, bu maneələr Azərbaycan əsgərləri tərəfindən qısa müddətdə darmadağın edilib. İrəlilədikcə erməni barbarlığı özünü açıq şəkildə göstərir. Vaxtilə isti ocağı olan və düşmənin vəhşiliyi nəticəsində, sadəcə, qalıqları görünən kəndlər, evlər... Bu mənzərə insanı kövrəldir. Lakin bir tərəfdən də ordumuz tərəfindən düşmənə vurulan zərbələrin izləri bizlərə qürur verir.

Yüksək təpələrə uzanan maneələri gördükcə, həmin ərazidə illərdir düşmənin kök saldığını və Şanlı Ordumuzun o yüksəklikləri necə azad etdiyini düşündükcə bir daha əmin oluruq ki, Azərbaycan Ordusu həqiqətən böyük gücə, qüdrətə, böyük qələbə əzminə sahibdir.

Düşmənin sıradan çıxarılmış texnikalarını lentə alarkən Vətən müharibəsində iştirak edən və tərxis olunaraq evinə dönən igid döyüşçülərimizlə rastlaşırıq.

Həmsöhbət olduğumuz Səbuhi Ağayev deyir ki, Vətən müharibəsində iştirak etmək onlar üçün fəxrdir: "Çünki Qalib Ordu sıralarında döyüşmək qürurverici bir hissdir. Mən səfərbərlik xətti ilə döyüşlərə yollandım və hər zaman Vətənimiz üçün canımdan keçməyə hazıram. Yaşasın Ali Baş Komandanımız!".

Birinci Qarabağ müharibəsinin iştirakçısı, döyüşlər başlayanda könüllü müraciət edərək cəbhəyə yollanan Seymur Şumalov isə fikirlərini belə ifadə edib: "Biz Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində və Şanlı Ordumuzun gücü nəticəsində düşmənə qalib gəldik. Baxmayaraq ki, döyüşlər vaxtı yaralandım, amma geri çəkilmədim. Çünki bizim amalımız ancaq irəliləmək və torpaqlarımızı azad etmək idi. Belə də oldu, artıq torpaqlarımız azad, başımız isə ucadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin".

Döyüşlər zamanı erməni texnikalarının minaatanla dəqiqliklə vuran Ramil Hüseynov da Zəfər yürüşündən fəxrlə danışır. "Vətən uğrunda ölümü gözə almışdım. Ona görə də döyüşə yollananda şəhidlik zirvəsinə ucalmaq üçün hazır olduğum haqda video çəkmişdim. Qismət elə gətirdi ki, şəhidlik mənə nəsib olmadı. Amma şəhid qardaşlarımızın qanını yerdə qoymadıq, hamısının qisasını aldıq", - deyə o qeyd edib.

Hərbçilərimizin təminatı barədə soruşduqda isə onlar razılıqlarını bildirdilər. Söhbət zamanı məlum oldu ki, müvafiq dövlət qurumları tərəfindən hərbçilərimizin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü tədbirlər görülür. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır.

Hərbi qulluqçular ərzaq və əşya da daxil olmaqla bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır.

Beləcə söhbətimizi yekunlaşdırırıq. Hərbçilərimizlə sağollaşıb yenidən yolumuza davam edirik. İstiqamətimiz isə işğaldan azad olunan digər yurd yerlərimizədir...

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man