44 gündən sonra xəbəri gələn şəhid Şahı Məmmədli - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 29 Dekabr 2020 | 15:46
OXUNUB: 1780

44 gün davam edən Vətən müharibəsində işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsində rolu olan qəhrəmanlarımızdan biri də şəhid Şahı Məmmədlidir. 

Məmmədli Şahı Eman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 

2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-cü ildə xidmətini başa vuraraq evinə geri dönüb. 

 

Daha ətraflı

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub. 

Ş.Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək, şəhidlik zirvəsinə yüksəlib. 

Ailəsi 44 gün ondan xəbər ala bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar.

Şahı Məmmədli dekabrın 1-i doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

İndi Ş.Məmmədlidən dörd aylıq körpəsi Ömər Məmmədli yadigar qalıb.

Göstərdiyi şücaətə görə, Prezidentin sərəncamı ilə Şahı Məmmədli “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man