Nazirliyin döyüşə qatılan əməkdaşları təltif olunub - Foto

Nəqliyyat xəbərləri 28 Dekabr 2020 | 17:45
OXUNUB: 980

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsində tarix yazan rəşadətli ordumuzun zabit, gizir və əsgər heyəti Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunub. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, onların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Nəsibov Asəf Səfərəli oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ərazilərin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiklərinə görə Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abbasov Rəşad Barıt oğlu, Tağıyev Olxan Arif oğlu, Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu “Cəsur döyüşçü” medalı ilə təltif olunublar.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man