Çavuşoğlu:“Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır"

Nəqliyyat xəbərləri 28 Dekabr 2020 | 16:25
OXUNUB: 942

"Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var. Regional məsələlərlə bağlı fərqli mövqedə olasaq da, rəsmi Moskva ilə bu sahədə də iş birliyimiz mövcudur. Suriya məsələsində də fərqli tərəflərdə olmağımıza baxmayaraq, Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir".

Avtosfer.az Reporta istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Deyə bilərəm ki, Liviya məsələsində də fərqli mövqedəyik, amma orada atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir", - o vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla sabah Soçidə keçirəcəyi görüşdə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəklər: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır. Bununla bağlı gələcəkdə atılacaq addımları nəzərdən keçirəcəyik”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man