“İşğaldan azad edilən ərazilərdə yeni qoruqlar yaradılacaq” - Nazirlik rəsmisi

Nəqliyyat xəbərləri 25 Dekabr 2020 | 22:50
OXUNUB: 1318

"İşğaldan azad olunmuş ərazilərdə əvvəllər 4 yasaqlıq, 2 dövlət təbiət qoruğu var idi. Onların vəziyyəti heç də yaxşı deyil. İlkin məlumatlara görə, Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarın kəsildiyi qeydə alınıb. Bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini vacib edir".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Təbiət abidələri də xüsusi mühafizə olunan təbiət obyektidir. Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta 2000 il olan ağaclar vardı, onların əksəriyyəti kəsilib, daşınıb və məhv edilib. Gələcəkdə müvafiq təzminatın tələbi üçün hazırda qiymətləndirmə işləri aparılır. Ümid edirik ki, həmin xüsusi mühafizə olunan ərazilərdə yaxın gələcəkdə mühafizə rejimi tətbiq olunduqdan sonra təbii bərpa gedəcək və inkişaf etdiriləcək”, - deyə H.Əlizadə bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır: “Azərbaycanda işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə vətəndaşlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər. Orada həm mühafizə, həm də turizm rekreasiya komponenti olacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man