Vətən müharibəsində şəhid olanmədəniyyət işçiləri - Video

Nəqliyyat xəbərləri 22 Dekabr 2020 | 19:45
OXUNUB: 2274

Mədəniyyət Nazirliyi Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə bağlı məlumat yayıb.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.

Onların hər biri ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunublar:

Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;

Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man