Biləsuvarda şəhid dəfn olundu - FOTO

Nəqliyyat xəbərləri 21 Dekabr 2020 | 09:31
OXUNUB: 880

Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi.

Allah rəhmət eləsin!

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man