"Oğlum dedi ki, narahat olmayın, torpaqları geri alıb, qayıdacağam" - VİDEO

Nəqliyyat xəbərləri 19 Dekabr 2020 | 17:49
OXUNUB: 854

İnamlı, cəsur yerişlə dağa qalxır və Azərbaycan bayrağını yüksəyə qaldıraraq o anın qürurunu, sevincini yaşayır...

Avtosfer.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət ikinci Vətən müharibəsində şəhid olan Şəkinin Orta Zəyzid kəndinin mərd oğlu Pənahın 3 il öncə çəkilən və ailəsinə xatirə qoyub getdiyi videogörüntülərdən gedir. Sanki illər öncə əlçatmaz şəhidlik zirvəsinə ucalacağını hiss edərək çəkmişdi bu videonu...

Pənah Məmmədov orta məktəbi bitirəndən sonra Şəki Dövlət Texniki Kollecinə daxil olub. Arzusu turizmin inkişafına dəstək vermək idi. Ancaq qəhrəmanımız hər şeydən öncə vətən deyib təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. 2020-ci ilin aprelində xidmətini başa vurub evə gələn Pənah 5 aydan sonra-Vətən müharibəsi başlayanda elə ilk günlərdən, sentyabrın 29-u yenidən hərbi xidmətə qayıdır. Anasına da deyir ki, narahat olmasın, geriyə qalib kimi dönəcək.

Şəhidin atası İslam Məmmədov deyir ki, oğlu Füzuli, Qubadlı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etsə də, bunu evdən gizlədib və nə zaman soruşsalar, Gəncədə olduğunu deyib.

Ancaq noyabrın 6-dan sonra ondan bir xəbər ala bilməyiblər.

Ailənin tək oğlu olan Pənahla bacısı Bahar da qürur duyduğunu və onunla fəxr etdiklərini deyir.

Döyüş yoldaşları da ondan ağız dolusu danışırlar. Onların dediklərinə görə, Panəh sadəcə qəhrəman bir döyüşçü yox, həm də yardımsevərliyi ilə hər kəsin sevgisini qazanıb.

Döyüş yoldaşları bildirir ki, Pənah Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandanın sərəncamı ilə Pənah Məmmədov "Vətən Uğrunda" medalı ilə təltif edilib. Pənahdan geriyə isə onun dillərə əzbər olan qəhrəmanlığı, şəkilləri, tələbə bileti və üzərində ad-soyadı yazılan hərbi forması qalıb. Ailəsinin, onu sevənlərin təsəllisi isə ordumuzun döyüşləri zəfərlə bitirməsi və şəhidlərimizin qisasının misli ilə alınmasıdır...

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man