KİV:Ermənistanda 1 400 nəfər itkin, tanınmaz hala düşən daha 700 meyit var

Nəqliyyat xəbərləri 17 Dekabr 2020 | 10:00
OXUNUB: 512

Ermənistan hakimiyyəti həqiqəti təhrif etməyə və narazılıq dalğası doğuran informasiyanı ictimaiyyətdən gizlətməyə davam edir.

Avtosfer.az xəbər verir ki, bu barədə “Politik.am“ yazıb.

Sayt bildirib ki, indiyə qədər Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə rəsmən bildirilməyib.

"Vəziyyəti bir neçə həftə əvvəl Mikayel Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt bildirib.

Ermənistan hakimiyyəti hələlik 3 000-dən çox hərbçinin həlak olması barədə açıq bildirib.

Hökumətdəki mənbələr isə “Politik.am”a bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.

"İtkinlərin çox hissəsi əslində həlak olub, onların meyitləri Ermənistanın ərazisinə aparılmayıb. Hazırda meyitxanalarda şəxsiyyəti məlum olmayan 700 meyit var", - sayt yazır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man