Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər - FOTO

Nəqliyyat xəbərləri 16 Dekabr 2020 | 18:48
OXUNUB: 1142

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin övladları onun məzarını ziyarət ediblər.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Onlar Qubadlı rayonunun Qəzyan kəndində yerləşən atalarının qəbri üstə güllər düzüb, Azərbaycan bayrağını qoyublar. 

Qeyd edək ki, Ə.Əliyev 1957-ci ildə dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

Qarabağ müharibəsi başlayanda Ə.Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man