Ermənilərin yaydığı videodakı hərbçimiz düşmənin yalanını ifşa etdi - VİDEO

Nəqliyyat xəbərləri 14 Dekabr 2020 | 16:29
OXUNUB: 1635

44 günlük müharibədə önəmli məsələlərdən biri də düşmənin informasiya təxribatları olub.

Qızğın döyüşlərin getdiyi günlərdə Ermənistan tərəfindən çoxlu sayda təxribatçı videolar paylaşılırdı. Həmin videolardan birində cəsur döyüşçülərimizin ermənilər tərəfindən şəhid edildiyi göstərilirdi. Əslində, reallıq tamam fərqlidir.

Döyüşdə iştirak edən və videoda görüntülənən şəxslərdən biri, Vətən Müharibəsində qəhrəmanlıq göstərən kapitan Qasımov Anar Trend-ə hadisənin necə baş verdiyini danışıb:

“Döyüş başlayan ilk gündən tabor komandiri kimi əsgərlərimlə Füzuli rayonunda döyüşlərə atılmışam. Füzulidən Xocavəndə kimi döyüşmüşəm. Xocavənddə yaralanmışam. Xalqımızın narahat olduğu görüntülər mənfur düşmənimiz ermənilərin növbəti hiyləgər oyunu idi.

Əslində, hadisə belə baş vermişdi. Hadisə Füzuli rayonunun, Qaraxanbəyli kəndində baş verib.

Videoda da göründüyü kimi, mən döyüş yoldaşlarımla bir yerdə düşmən tankını və heyətini məhv etmişik. Və irəliləməyə davam etdik. Mənfur düşmən yayılmış videomuzu sosial şəbəkələrdən götürərək, montaj edib, guya bizi öldürüblər.

Bu, tamam yalan üzərində montaj edilmiş video idi. Şükür Allaha ki, o videoda gördüyünüz şəxslər sağ və salamatdır”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man