Qaxda şəhid dəfn olunub - FOTO

Nəqliyyat xəbərləri 13 Dekabr 2020 | 17:36
OXUNUB: 1819

Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçi, 2000-ci il təvəllüdlü Cavid Vahid oğlu Abdullayevlə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, rayonun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində döyüşüb. Oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi. Lakin 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man