Rusiyalı hərbi ekspert İkinci Qarabağ Müharibəsində aviasiyanın rolundan danışdı - VİDEO

Nəqliyyat xəbərləri 11 Dekabr 2020 | 14:12
OXUNUB: 674

Caliber.Az-ın “Youtube” kanalı rusiyalı hərbi ekspert Aleksey Xlopotovun İkinci Qarabağ Müharibəsinin xüsusiyyətləri barədə fikirlərini təqdim edib.

Onun fikrincə, bu müharibə pilotlu təyyarələrin rolu praktik olaraq sıfıra endirilməsi ilə seçilirdi ki, bu da çox sayda müxtəlif hava hücumundan müdafiə sisteminin olması ilə əlaqədardır.

Xlopotov qeyd edib ki, müharibənin sonunda gücdən düşmüş Ermənistan tərəfi Su-25 hücum təyyarələrindən istifadə etməyə çalışdı, ancaq onlar dərhal aşkarlanaraq məhv edildilər.

Ekspert Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hava hücumundan müdafiə sistemlərinin yerlərini aşkar etmək və onları məhv etmək üçün köhnəlmiş AN-2 təyyarə modellərinin pilotsuz təyyarələr kimi istifadəsilə bağlı yeni taktiki texnikasına xüsusi diqqət çəkib.

Xlopotovun sözlərinə görə, bu cür müharibə metodları əvvəllər istifadə edilməyib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man