Amerikalı jurnalist Qarabağ barədə veriliş təqdim etdi - FOTO

Nəqliyyat xəbərləri 10 Dekabr 2020 | 13:38
OXUNUB: 533

Amerikalı jurnalist və televiziya aparıcısı, “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Kelvin Batçelor Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovdan aldığı müsahibə barədə paylaşım edib.

O, bununla bağlı “Twitter” hesabında yazıb.

“Bakıya aparan yol: Ermənistan separatçı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi”, - deyə o qeyd edib. 

Hüseyn Mahmudov verlişdə bildirib ki, 1992 və 1993-cü illərdə Azərbaycanın bəzi əraziləri ermənilər tərəfindən işğal olunub:

“1992-ci ilə qədər açıq müharibə başladı. Ermənilər 600 mülki şəxsimizi öldürdü.  Döyüşlər zamanı Azərbaycan 20 faiz torpağını itirdi və bir milyon qaçqınımız oldu”.

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası qeyd-şərtsiz Ermənistanın torpaqlarımızdan geri çəkilməsinə dair qətnamə qəbul etdi, bu 20 ildən artıq müddətdə həyata keçirilmədi. ATƏT-in Minsk Qrupu tərəfimizdən qəbuledilməz olan status-kvonun qorunub saxlanmasına çalışırdı.

Otuz il ərzində Ermənistan Azərbaycan mülki vətəndaşlarını öldürmək üçün təmas xəttinə  raketlər yığmaqla lobbiçilik etdi”, - deyə o qeyd edib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man