Hamının yaddaşında gülüşü ilə qalan şəhidimiz

Nəqliyyat xəbərləri 09 Dekabr 2020 | 23:13
OXUNUB: 782

"O bizim yanımızdadır, onunla fəxr edirəm. Onun haqqında keçmişdə danışa, "var idi" deyə bilmərəm. O həmişə mənim ürəyimdədir".

Unikal.org  xəbər verir ki, bu sözləri şəhid Cavid Həsənovun anası Mirvari Həsənova AzTV-yə müsahibəsi zamanı deyib. Onun atası Mikayıl Həsənov da Qarabağ müharibəsinin iştirakçılarından olub. Buna görə də Cavid üçün Vətən torpağı ovcunun içi boyda xoşbəxtlik idi.

M.Həsənov şəhid oğlunun qazandığı nailiyyətlərindən və uğurlu kariyerasından söz açıb:

"Cavid ali təhsilli idi, ingiliscə gözəl danışırdı. Xarici şirkətdə neft mühəndisi işləyirdi".

28 yaşlı şəhidimiz mühəndis kimi Azərbaycanı bir çox ölkələrdə təmsil edib. O könüllü olaraq döyüşə gedib və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man