Vətən müharibəsində iştirak etmiş voleybolçularımız - FOTO

Nəqliyyat xəbərləri 09 Dekabr 2020 | 22:25
OXUNUB: 620

Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzun sıralarında voleybolçularımız da olublar.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, sonuncu mövsümdə “Sərhədçi” komandasında çıxış edən ehtiyatda olan leytenant 25 yaşlı Çingiz Rəhmətov Vətənin keşiyindədir. Masallıda doğulan voleybolçu əvvəl təlimlərə qatıldıqdan sonra Vətən müharibəsində iştirak edib. Topçu Çingiz hazırda da xidmətini davam etdirir. O, Cəbrayıl, Hadrut və Şuşa uğrunda döyüşlərdə böyük şücaət göstərib. Leytenant kimi Ordumuza qoşulan Ç.Rəhmətov 2016-cı il Aprel döyüşlərində də iştirak edib.

“Azərreyl”in 21 yaşlı voleybolçusu Cavid Əzimov da hələ hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, düşmənin torpağımızdan qovulmasında öz bacarığını nümayiş etdirib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man