"Bir saniyə əvvəl olduğumuz həmin nöqtəyə minamyot mərmisi düşdü" - FOTO

Nəqliyyat xəbərləri 09 Dekabr 2020 | 10:12
OXUNUB: 1306

Müharibənin hər bir iştirakçısının döyüş yolu bəlkə də ən titullu filmin ssenarisi ola bilər. Vətən Müharibəsi hələ yeni bitsə də artıq hər gün neçə-neçə belə hadisələr eşidirik. Qələbəmizin əsas memarı olan əsgər və zabitlərimiz qədər onları sağlamlığına, həyata qaytarmağa çalışan həkimlərimizin də II Qarabağ savaşında şahidi olduqları tükürpədici hadisələr heç də az deyil.

Belə hadisələrdən biri müharibənin ilk günlərində döyüşlərin davam etdiyi ərazilərdə yaralılarımıza ilk tibbi yardımı göstərən həkimlərimizdən biri Rəşad Sultanın başına gəlib. 

"Xəbər gəldi ki, yaralı var. Təcili tibbi yardım maşınına atlayıb uçduq. Valın kənarında, sipər kimi qazılıb qaldırılmış torpağı belə adlandırırdılar, təxmini həmin yerə çatıb, yaralının harada olduğunu soraqlaşdıq orada olan əsgərlərdən. Mərmi vızıltıları partlayış səslərinə qarışmışdı. Bizi ancaq yaralının harada olduğu maraqlandırırdı. Maşını saxlamaq, saxlayandan sonra içində olmaq təhlükəlidi. Açıq hədəf kimi görülür və vurulur. İçində olanda mərmi vızıltısı gələndə yerə yatmaq da olmur, hündürdə olduğunçün, qəlpələr tutur. Ona görə saxlayıb dərhal düşdük. 

Bir əsgər maşına oturub, "komandir, tez sür, tez gedək" dedi. Dedim hara gedirik, yaralı hanı?. Dedi "yaralı mənəm, tez sür, indi vuracaqlar bizi". Boynundakı sarğını indi gördüm. Yüngül qəlpə sıyrığı idi. Mən də, "şofer" də maşına atladıq. Sürücü qaza basdı, götürüldük. Mən arxada yaralıya baxarkən gözüm arxa pəncərədən cəmi bir saniyə əvvəl dayandığımız, bizdən 100 metr geridə qalan toz-dumana sataşdı. Bir saniyə əvvəl olduğumuz həmin nöqtəyə minamyot mərmisi düşmüşdü "Uy da, bəxtimiz gətirdi deyərkən" bir toz duman daha gördük 100 metr arxamızda. Biz getdikcə arxamızca yağırdı. Sürücü qaza basıb sükanı burdu. Uzaqlaşdıq. Xeyli güldük bəxtimizə...".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man