"Ermənistan ən azı 20-30 il bizimlə müharibə edə bilməyəcək"

Nəqliyyat xəbərləri 07 Dekabr 2020 | 20:30
OXUNUB: 773

"Ermənistanın 44 günlük müharibədə itirdikləri tək Dağlıq Qarabağdakı texnika olmadı. Ermənistandan nə gətirdilər, biz hamısını məhv etdik".

Bunu Milli.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan əgər müharibə istəyirsə, biz davam edib bu məsələni yekunlaşdıra bilərik:

"Bu hərbi texnikanı yenidən bərpa etmək üçün Ermənistana uzun 10 illiklər lazımdır. Əlbəttə, Rusiya onlara hərbi texnika yenə də verəcək, amma Rusiyanın ciddi, ağır şərtləri olacaq. Yəni, bu itkiləri doldurmaq Ermənistan üçün çox çətin olacaq. Onların canlı itkiləri lap çoxdur. Əhalisi heç 3 milyona çatmayan Ermənistan bu müharibədə minlərlə insanını itirib. Bunların yerini necə dolduracaqlar?! O ki qaldı yenidən müharibə məsələsinə, Ermənistanın artıq Azərbaycanla müharibə etmək taqəti yoxdur. 

Kapitulyasiya aktına (10 noyabr) Paşinyan qol çəkdiyi üçün Putin indi onu dəstəkləyir. O kapitulyasiya aktını Paşinyan yerinə yetirməlidir. Putin düşünür ki, onu devirsələr, yerinə gələcək şəxs bilinmir kim olacaq. Bəlkə yenə bir qərbpərəst siyasətçi oldu. Qarabağ klanının reytinqi aşağı düşüb. Paşinyanın da reytinqi aşağı düşüb. Amma Qarabağ klanının reytinqi nəyin üzərində dayanmışdı?! I Qarabağ savaşının qələbəsi üzərində. Amma həmin qələbə artıq yoxdur, nəticələri də yoxdur, Koçaryanın, Sarkisyanın reytinqi də yoxdur. Paşinyan nə qədər məğlub dövlətin başçısı olsa da müəyyən xəbərlərə görə hələ də ermənilərin 25-30%-i onu dəstəkləyir. Kiçik Ermənistan üçün bu çox böyük rəqəmdir. 

İrəvanın Azadlıq meydanında müxalifətin mitinqi davam edir. Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb edirlər. Ermənistan müxalifəti artıq vahid namizəd də irəli sürüb - Vazgen Manukyan. Manukyan vəziyyətdən çıxmaq üçün "yol xəritəsi" hazırladığını bildirib. Vazgen Manukyan Ermənistanın keçmiş baş naziri və müdafiə naziri olub. SSR-nin son illərində Azərbaycana qarşı ərazi iddiası irəli sürən "Qarabağ" komitəsinin fəal üzvü olub. Prezident seçkisində Levon Ter-Petrosyanın əsas rəqibi olub. 1998-ci ildə jurnalist işlədiyim illərdə Vazgen Manukyandan geniş müsahibə götürmüşdüm.

Bircə onu deyə bilərəm ki, son dərəcə hiyləgər siyasətçidir, faşist, milliyətci zehninə malik olan bir şəxsdir. Onun dünən çıxışı var idi, diqqətlə qulaq asdım. O demir mən bəyanatdam imtina edirəm. Deyir, "Biz bəyanatı yerinə yetirmək məcburiyyətindəyik, amma bəzi bəndlərə yenidən baxa bilərik". Elə bəzi bəndlərə yenidən baxılması demək, müharibənin alovlanması deməkdir. Çox yaxşı, əgər müharibə istəyirlərsə, biz davam edib bu məsələni yekunlaşdıra bilərik. Amma yenə təkrar edirəm, Ermənistan taqətdən düşüb. Elə bir vəziyyətdədir ki, bizimlə daha müharibə edə bilməz. Ermənistanın ən azı 20-30 il bizimlə müharibə edəcək halı yoxdur. Əsas odur ki, Rusiyanın da bu müharibədə marağı yoxdur. Rusiyasızsa Ermənistan bir addım da ata bilməz. Ermənistan indi daha çox Rusiyadan asılı vəziyyətə düşdü".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man