Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - FOTO

Nəqliyyat xəbərləri 06 Dekabr 2020 | 22:21
OXUNUB: 3547

Bir ay əvvəl Şuşa uğrunda gedən döyüşlərdə ağır yalanan gizir Əlizadə Tahir Qəribəli oğlu bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

"Qafqazinfo" xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhidimiz doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Əlizadə Tahir Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində iştirak edib. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alıb yenidən cəbhəyə qayıtmışdı. 

Bundan sonra Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən ağır yaralanıb və bundan sonra xəstəxanaya yerləşdirilmişdi.

Onu da əlavə edək ki, şəhidimizin qardaşı Əliyev Bəhruz da hərbi qulluqçu kimi müharibədə iştirak edib, böyük qardaşı Telman isə birinci Qarabağ müharibəsi qazisidir.





Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man