Suqovuşandan yeni görüntülər yayıldı: Elektrik stansiyaları isə... - RƏSMİ + VİDEO

Nəqliyyat xəbərləri 05 Dekabr 2020 | 13:20
OXUNUB: 1990

Tərtər rayonunun Suqovuşan qəsəbəsində yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarından (KSES) birinin gücü 4,8, digərinin gücü isə 3 meqavatdır.

Avtosfer.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil:

"İşğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb. Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man