“Dağlıq Qarabağda rəhbər yoxdur” – Kreml separatçıları qeyri-qanuni elan etdi

Nəqliyyat xəbərləri 04 Dekabr 2020 | 21:14
OXUNUB: 904

“Dağlıq Qarabağda rəhbər yoxdur. İki münaqişə tərəfi və Rusiya, Ermənistan, Azərbaycan liderlərinin imzaladığı razılaşma var. Rusiya öz fəaliyyətini bu iki tərəflə- Ermənistan və Azərbaycanla koordinasiya edir”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov “rus sülhməramlıları öz fəaliyyətini Qarabağda kiminlə koordinasiya edir və orada başçı kimdir?” sualının cavabında bəyan edib.

“Dağlıq Qarabağın başçısı yoxdur. Münaqişənin iki tərəfi var- Ermənistan və Azərbaycan. Bu tərəflər Rusiya ilə birgə Putin, Əliyev və Paşinyanın imzası olan məşhur bəyanatı imzalayıblar. Rusiya hərbçiləri, o cümlədən təkcə hərbçilərdən təşkil olunmayan rus humanitar missiyası Üçtərəfli razılaşmanın icrasını təmin etmək üçün öz fəaliyyətini həm azərbaycanlılarla, həm də ermənilərlə koordinasiya edir”-deyə Peskov bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man