Ali Baş Komandana olan ümid və güvən sonsuzdur - MÜRACİƏTLƏR

Nəqliyyat xəbərləri 03 Dekabr 2020 | 16:05
OXUNUB: 652

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Prezidentin xalq üçün gördüyü işlər sadəcə bu zəfərlə kifayətlənmir. Ali Baş Komandanın xalqın xeyrinə yüzlərlə önəmli işləri olub. Şanlı qələbə tariximizə qızıl hərflərlə əbədi həkk edilib. İşğal altında olan müqəddəs torpaqlarımızı mənfur erməni tör-töküntülərindən, iblis xislətli erməni faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə tərzindən uzaq cəlladlardan azad etdiyi üçün xalq Ali Baş Komandana minnətdarlıq edir.

Döyüş meydanında və danışıqlar masası arxasında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığı möhtəşəm Qələbə Azərbaycan xalqında özünə inam formalaşdırdı, hər bir azərbaycanlının qəlbində və vicdanında Ali Baş Komandanına olan ümid və güvəni daha da yüksəltdi.

Müraciətlərdə qeyd edilir ki, biz çox xoşbəxt xalqıq, çünki, Ali Baş Komandan kimi əvəzolunmaz Liderimiz var.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man