“Məryəmi şüşənin altından çıxardılar, anam onu tapa bilmirdi” - VİDEO

Nəqliyyat xəbərləri 12 Oktyabr 2020 | 15:20
OXUNUB: 837

Ötən gün gecə saatlarında Gəncə şəhərinin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində dağılan bina sakinləri həmin vaxt yaşadıqlarını Real TV-yə danışıblar.

Avtosfer.az xəbər verir ki, hadisə şahidlərindən biri parlayış baş verən binada yaşayan 6 yaşlı Aylindir. O, ən çox oyuncaqları üçün darıxdığını deyib: “Mən yatmışdım. Qəfildən evin damı uçdu, aynalar qırıldı. Yorğan-döşək dağılmışdı. Məryəmi şüşənin altından çıxardılar. Heç anam da onu tapa bilmirdi”.

Aylin deyir ki, hadisə baş verən vaxt evdə özündən başqa bacısı Məryəm, babası, nənəsi və anası olub: “Bura əvvəl qəpqəşəng bir ev idi. Ən çox oyuncaqlarım üçün darıxıram. Ən sevdiyim Elza oyuncağım idi…”

Aylinin bacısı Məryəm ermənilərin atdığı mərmi nəticəsində başından yaralanıb. Cəmi 2 yaşı olduğundan hadisə ilə bağlı danışa bilməyib.

Digər bir zərərçəkmiş Tural Zeynalov isə həmin hadisəni belə xatırlayır: “Evdə uzanmışdıq, birdən ev üstümüzə çökdü. Tez atamı, anamı götürüb küçəyə çıxdıq. Baxdıq ki, hər yer dağılıb, iki mərtəbəli bina yox olub. Əsas vətən sağ olsun, ev gəldi-gedərdi…”

T. Zeynalov həmçinin bildirib ki, düşmən istəyinə nail ola bilməyib, əhalidə təşviş yaratmayıb".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man