Ermənistanın Azərbaycana qarşı terror müharibəsinin növbəti qurbanı mülki aviasiya ola bilər - ŞƏRH

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 23:05
OXUNUB: 2390

Azərbaycan ordusunun ağır zərbələri qarşısında sarsılan işğalçı Ermənistan silahlı qüvvələri mülki vətəndaşları və obyektləri hədəfə almağa başlayıb. Hər dəfə ordumuzun hücumları qarşısında məğlub olan ermənilər cəbhə arxasını, mülki obyektləri vurmaqla əvəz çıxmaq istəyir.

Açıq döyüşdə uduzan ermənilər mülki əhalini daha çox öldürmək, yaşayış binaları, istehsalat və xidmət sahələrini dağıtmaqla daha çox maddi zərər vurmaq, əhalidə qorxu və təşviş yaratmağa çalışır. Bu faktiki olaraq dövlət səviyyəsində terrordur.

Hərbi əməliyyatların başladığı 10 gün ərzində erməni qüvvələri sistemli olaraq mülki əhalini hədəfə alınıb. Bu günə qədər erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

O cümlədən, 500 mindən artıq əhalisi olan Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər yaşayış məntəqələri atəşə tutulub. Bu zərbələr zamanı mülki obyektlər xüsusi olaraq hədəfə alınıb. Bu zaman 63 mülki obyekt, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabriki, 2 saylı məktəb-liseyin binası, Ağdam rayonunun Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binası, Tərtər rayonu Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binası, Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavodu, Qapanlı kəndində tibb məntəqəsi ermənilər tərəfindən vurulub.

Məlum olduğu kimi, Mingəçevir şəhəri həm də Azərbaycanın, ümumiyyətlə Cənubi Qafqazın ən böyük su anbarı və Su Elektrik Stansiyası mövcuddur. Erməni komandirləri dəfələrlə Minəçevir su anbarını vurmaqla təhdid ediblər. Oktyabrın 4-də isə erməni qüvvələri Mingəçevir SES-in ərazisinə raket atdılar. Xüsusi izaha gərək yoxdur ki, Mingəçevir su anbarı və SES-in vurulması ölkənin bir qismini elektrik enerjisindən məhrum edə bilər. Su anbarının dağıdılması isə bir neçə rayonu sel fəlakəti ilə üz-üzə qoya, ağır ekoloji fəlakətə səbəb ola bilər.

Ermənistan qüvvələrinin cəbhə xəttindən 300 kilometrdən çox uzaq olan Bakı ətrafına raket atması təkcə paytaxt üçün təhlükə deyil, eyni zamanda orta mənzilli raketlərin istifadəsi mülki aviasiya üçün yeni təhlükəni ortaya qoydu. Çünki orta və uzun mənzilli raketlər bir qayda olaraq mülki aviasiyanın hərəkət etdiyi hava sahəsindən yuxarı uçur və daha sonra təyin olunan yerə hədəflənir. Bu isə mülki aviasiya üçün ciddi risk yaradır.

Artıq AZAL Ermənistanın orta mənzilli erməni raketlərlə Azərbaycana hücumu ilə əlaqədar beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib. Azərbaycan hökuməti Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edərək Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırıb.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda Azərbaycanda “açıq məkan” elan olunub və dünyanın bir çox ölkələrinə məxsus aviaşirkətlər ölkəmiz üzərindən tranzit uçuşlar həyata keçirir. Ermənistanın orta mənzilli raketlərlə ölkəmizə hücumu beynəlxalq mülki aviasiya üçün riski daha da artırır. 2014-cü ilin iyul ayında Ukraynanın separatistlərin nəzarətində olan şərq bölgəsində Malayziya Hava Yollarına məxsus Amsterdamdan Kuala Lampura istiqamət alan MH17 reysli təyyarə vurulub və nəticədə 298 nəfər insan ölüb.

Erməni terrorçularının daha bir hədəfi isə Azərbaycanın Avropaya uzanan neft-qaz kəmərləri olub. İyul ayında və hazırda Tovuz rayonu və ətraf kəndlərinin ermənilər tərəfindən atəşə tutulması zamanı hədəfə alınan əsas nöqtələrdən biri də Tovuz rayonu ərazisindən keçən neft və qaz kəmərləri idi. Məlum olduğu kimi, hazırda fiziki olaraq kəmərlərin Ermənistana ən yaxın hissəsi Tovuz rayonu ərazisindədir.

Bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının yaydığı bəyanatda deyilir ki, Ermənistan ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz layihələrinin (Bakı-Tbilisi Ceyhan (BTC), Qərb İxrac Boru Kəməri (QİBK), Cənub Qafqaz Boru Kəməri (GQBK) və Cənub Qaz Dəhlizi) keçdiyi əraziləri, Tovuz (13 kənd) və Şəmkir (13 kənd) rayonlarını da raket atəşinə tutmağa başlayıb.

2 oktyabr 2020-ci il tarixində isə Ermənistan ordusu ərazisindən dörd neft və qaz kəmərləri keçən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsini ağır artilleriya və raket atəşinə tutub.

Hərbi əməliyyatların cəmi 10 gündür davam etməsinə baxmayaraq göründüyü kimi, düşmən dayanmadan mülki obyektləri, xüsusən də strateji əhəmiyyətli müəssisələr hədəfə alınır, mülki aviasiya, su anbarı və elektrik stansiyalarına raketlər atılır.

Bundan əvvəlki savaşın acı təcrübəsi göstərdi ki, düşmən çox qəddar və heç bir humanitar qanunları nəzərə almır. Erməni xüsusi xidmət orqanlarının planladığı Bakı metropolitenini hədəfə alan terror aktını unutmamışıq. Düşmən amansızdır və məğlub olduqca daha da qəddarlaşır.   

Rəşad Quliyev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man