"ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni qətnamənin qəbuluna çalışırlar"

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 11:41
OXUNUB: 701

"ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni 1165 nömrəli qətnamə irəli sürərək konqresdə çıxış etmək istəyirlər. Bunun qarşısını almalıyıq". Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentdə bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər .

T.Gəncəliyev Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyi və bunun qarşısını almağa çağırıb: "Azərbaycan diasporuna müraciət edirəm ki, onlara qarşı etiraz məktubları göndərsinlər. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. 1165 saylı qətnamənin qəbul edilməsi ilə heç nəyə nail ola bilməyəcəklər. ABŞ Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu qətnamənin heç bir əsası yoxdur". (Sputnik)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man