Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb

Nəqliyyat xəbərləri 06 Oktyabr 2020 | 10:24
OXUNUB: 698

Sentyabrın 27-dən oktyabrın 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Oktyabrın 5-də düşmən Tərtər şəhərinə 400-ə yaxın top mərmisi atıb, nəticədə 8 ev tamamilə dağılıb, 48 evə isə ziyan dəyib.

Döyüşlərin başladığı gündən indiyədək Tərtərdə ümumilikdə 17 sosial obyektə və 298 evə ziyan dəyib, 68 ev isə tamamilə dağılıb. Rayonun 8 mülki sakini həlak olub, 33 nəfər isə yaralanıb.

Qeyd edək ki, düşmən oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man